Modern.az

“Türk əsrinin” ilk 20 ili və Türkiyə

“Türk əsrinin” ilk 20 ili və Türkiyə

Aktual

9 Yanvar 2020, 17:14

Bir vaxt ABŞ prezidenti B.Klintonun “türk əsri” adlandırdığı XXI əsrin 20-ci ili,  ilk günlərdən türklərlə bağlı hadisələrlə dünya mediyasının gündəmini zəbt etdi. Bunlardan biri Türkiyə parlamentinin Liviyaya qoşun göndərmək qərarına əvət deməsi, ikincisi əhalisinin yarısını türklərin təşkil etdiyi İranın ən nüfuzlu generallarından biri, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” tuqayının komandanı Kasem Suleymaninin ABŞ hərbi qüvvələri tərəfindən öldürüsməsi və bununla bağlı ABŞ və İran arasında müharibə vəziyyəti, üçüncüsü isə Rusiya qazını Türkiyə və Avropaya daşıyan “Türk axını” neft kəmərinin açılışı oldu. Yaxın Şərqdə geo-siyasi duruma ciddi təsirlər göstərə biləcək bu hadisələrin bir-biri ilə də bağlılığı var və bir ucu Azərbaycanı tutur, çünki daha öncə Azərbaycan və Türkiyə prezidentləri “TANAP” kəmərinin açılış törənini keçirmişdilər.

 

Başlayaq Kasem Suleymaninin qətlindən. İslam İnqilabı Keşikçiləri Korpusunun yaradıcılarından olan general K. Suleymani İran İslam Respublikasının hərbi və siyasi  iyerarxiyasında ən yüksək yerlərdən birini tuturdu, radikallığı ilə seçilən mühafizəkar dairələrdə böyük nüfuza malik idi və Dini liderin əsas varislərindən hesab olunurdu. “Milli əfsanə” hesab olunan belə bir fiqurun öldürülməsinə cavab olaraq İran İraqdakı ABŞ bazasına raket zərbələri endirdi. Onlar arasında qanlı savaş ehtimalı az olsa da, körfəz ölkələri, İraq və Suriyadakı proseslərə ciddi təsir göstərəcək.

 

Liviya məsələsi də dünya geo-siyasətində daha təsirli və uzungedişli təsirlərə malikdir. Söhbət böyük böyük karbohidrogen ehtiyatları tapılan Aralıq dənizindən və Rusiyadan sonra ən böyük təbii ehtiyatlara malik böyük bir ərazidən, Avropanın əsrlərlə sümürdüyü Afrikadan gedir. Türkiyə 100 ildən sonra Afrikaya, daha doğrusu Liviyaya qayıtdı. Amma buna qədər də Türkiyənin Afrikanın digər strateji yerində, Fars köfəzinin girişindəki “Afrika buynuzunda”, - Somalidə hərbi bazası vardı. O Liviyada da yerləşə bilsə, yaxın Şərq və Aralıq dənizi hövzəsində ciddi söz sahiblərindən birinə çevriləcək. Bu isə çoxlarını nahat edir...

 

“Türk axını” qaz kəmərinin açıışı zamanı keçirilən V.V. Putin və R.T. Ərdoğan görüşündən sonra uzn illərdən sonra Liviyada münaqişə tərəfləri arasında atəşgah söhbəti ortaya çıxdı. Biz artıq dəfələrlə Putin və Ərdoğanın anlaşmaq qabıliyyətlərini görmüşük, onlar Suruyada ABŞ prezidenti D.Trampla da çox əlaqəli şəkildə işlədilər. Ümumən çağdaş dünyanın bu üç xarizmatik lideri arasında dərin bir qarşılıqlı simpatiya olduğunu söyləyə bilərik. Biz gələn yazılarda bu mövzuya qayıdacağıq, hələlik isə bizi “türk əsrinin” birinci qərinəsində Türkiyə Cumhuriyyəti maraqlandırır.

    

XXI əsrin ilk 20 ilində Türkiyə Cumhuriyyəti çox möhtəşəm və sürətli addımlarla irəli getdi. O Avropanın kəndarında saxlanan bir dövlətdən,  böyük bir regionun liderinə çevrildi. Özü də bu liderlik yalnız Türk-İslam dünysı ilə sınırlanmır, Türkiyə Balkanlarda da, Ukrayna və Moldovada da ciddi təsir qüvvəsinə malikdir. Onun siyasi nüfuzunun artımı,  iqtisadiyyatı və hərbi gücü ilə bərabər artır.  “Böyük şahmat taxtasında” tam, müstəqil oyunçu olmaq üçün Türkiyənin çatmayan yalnız bir zəif yeri var – onun nüvə silahı yoxdur. Bu gün nüvə silahı inkişaf etmiş hər bir dövlətin təhlükəsizliyinin əsas qarantıdır. Hadisələr göstərdi ki, Türkiyənin NATO-dakı “dostları” çaqqal sürüsü kimi aslanın zəifləməsini gözləyirlər ki, məqam çatanda tökülüşüb onu parçalasınlar. Bu 20 ildəki zəfərlərin memarı, Türkiyə Cumhuriyyətinin Başqanı Rəcəb Tayyib Ərdoğan bunu hamıdan yaxşı anlayır, onun BMT-də nüvə silahı ilə bağlı çıxışı anidən doğulan fikirlər deyildi, uzaq gedişli, ölçülüb-biçilmiş bir bəyanat idi. Biz əvvəlki yazılarımızda da göstərmişdik ki, R.T.Ərdoğan müəyyənləşdirdiyi hədəflərə çatmağı bacarır, bir fikri ictimaiyyət qarşısında deyirsə, onu hökmən həyata keçirir. “Akkuyu” AES-in tikintisinin Türkiyədə nüvə energetikasının inkişafına böyük təsir göstərəcəyi şübhəsizdir və bu proje cummhuriyyət tarixində ilk dəfə olaraq, cənab Rəcəb Tayyib Ərdoğanın güclü iradəsi hesabına reallaşdı. Adətən Türkiyə və dünya mediasındakı bəzi informasiya vasitələri R.T.Ərdoğanı cumhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün antipodu kimi, yəni onun elədiklərinin əksini edən bir lider kimi təqdim etməyə çalışırlar. Bizim apardığımız analizlərin nəticəsi isə bunun tam əksini göstərir, Ərdoğanın apardığı islahatlar Atatürk islahatlarının davamıdır. Sadəcə bu islahatlar 1960-2002-ci illər arasında dondurulmuş vəziyyətdə idi. Biz bu mövzuya da qayıdacağıq. İndi isə gəlin R.T. Ərdoğanın və partiyasınnın Türkiyədə rəhbər olduğu son 18 ilə qısa bir göz ataq:

 

Bu zaman kəsiyində, Rəcəb Tayyib Ərdoğan Baş nazir və Prezident olduğu dövrlərdə göstərdi ki,  nə qədər romantik qəlbə sahib olsa da, o, dövlət  məsələlərində o qədər praqmatikdir.  Arxasında xalqın gücünü hiss edən bu rəhbər öncə siyasi həyata rəhbərlik etməyə çalışan ordu rəhbərlərini dövlətə tabe etməyi bacardı. İkinci mərhələdə dövlət qarşısında hədəf qoydu -2023!  Üçüncü mərhələdə isə on illər boyu aşağıdan yuxarıya Türkiyə cəmiyyətinin bütün strukturlarına yerləşdirilmiş xarici agenturanı strukturlardan təmizlədi və bu dövlətə müstəqil hərəkət etmək üçün böyük manevr  imkanları yaratdı. Hökumət qarşıya Türkiyə Cumhuriyyətinin 100 illiyinə qədər  Türkiyənin  iqtisadi cəhətdən dünyanın ən gəlişmiş 10 dövlətindən biri olma hədəfini qoydu və ona döğru israrlı addımlar atılır.

 

R.T. Ərdoğanın rəhbəlik etdiyi AK Partinin 18 illik hakimiyyəti dövründə Türkiyə inanılmaz dərəcədə dəyişdi. İqtisadi qalxınmaya xüsusi önəm verən Ak Parti hakimiyyətinin apardığı islahatlar nəticəsində iqtisadiyyatda böyük uğurlara nail olundu. Ölkə Beynəlxalq Valyuta Fondunun 26 milyard dollar borcunu ödədi, valyuta ehtiyatları 27 mlrd. dollardan 120 mlrd. dollara qədər yüksəldi. İxracat 170 mlrd. dollar həddinə gəldi. Artıq 2011-ci ildə Türkiyə iqtisadi artıma görə bütün “böyük iyirmilik” ölkələrini qabaqladı və 2018-ci ildə bu uğur təkrarlandı. Ölkədə böyük layihələr gerçəkləşdi, dəmir və quru yolları çəkildi, onlarla tunellər, hava limanları inşa olundu. Ötən il istifadəyə verilmiş İstanbul Hava Limanı isə bu gün dünyanın ən böyük hava limanlarından biridir. Avropa ilə Asiyanı birləşdirən iki körpü salındı, dənizin altınadan avtomobil və dəmil yolları çəkildi. Tükiyənin 60 illik həsrətinə son qoyuldu, ölkədə ilk Atom Elektri Stansiyası inşa edilməyə başladı. Rusiya və Azərbaycan ilə birgə gercəkləşdirilən böyük enerji layihələri (Bakı-Ceyhan, TANAP, “Türk axını” və s.) Türkiyəni Avropanın enerji mənbəyinə çevirdi. Azərbaycan və Qazaxstanla birgə qədim “İpək yolu”nu bərpa etdilər, Çinlə Avopanı birləşdirən dəmir yolu açıldı və tikintisi başlanan  “İstanbul” kanalının açılışıyla İstanbul dünyanın bəlkə də ən böyük ticarət və biznes mərkəzlərindən birinə çevriləcək ki, bu barədə biz başqa bir yazımızda geniş bəhs etmişik.  Bütün bunlar hamısı böyük gəlişimin alt yapısıdır.

 

İqtisadi gəlişmələrlə bərabər, ölkənin təhlükəsizlik məsələsində də böyük uğurlar əldə olundu. İllərlə NATO-lu “qardaşlarının” əlinə baxan Türkiyə öz hərbi sənayesini yaratdı, tanklar, təyyarələr, helikopterlər, insansız hava uçaqları və s. istehsal etməyə başladı.  Artıq Türkiyəni silah embarqosu ilə hədələmək zamanı keçdi. Öncə qeyd etdiyimiz kimi, Türkiyə Liviyaya qayıtmaqla Lozanna müqaviləsi ilə zorla əlindən alındığı karbo-hidrogen mənbələrnə malik olma imkanları əldə etdi. Gedişat göstərir ki, Lozanna müqaviləsi ilə Türkiyənin əlindən alınmış, neftlə zəngin Mosul və Kərkükün qayıdacağı gün də uzaqda deyil.

 

Türkiyə artıq hamının hesablaşmaq zorunda olduğu gücdür, artıq ona yuxarıdan baxmaq zamanı keçdi. Rəcəb Tayyib Ərdoğan Türkiyə cəmiyyətinə yenidən ulu babalarımızın, Qaraxanlıların, Səlcuqların, Osmanlıların əzəmətini dadızdırdı, illərlə əzilən İslam ümmətinə sahib durdu və tək Türkiyənin yox, bütün Türk-İslam dünyasının liderinə çevrildi. Onun Rusiya, Çin, İran kimi dövlətlərlə qurduğu ağıllı ilişgilər Avrasiya məkanında yeni güc mərkəzi oluşdurmaqdadır. Bu da rəqiblərdə qıcıq yaratmaya bilməz, çünki dünya bazarlarının yenidən şəkilləndirilməsi döməmi başlayıb. Bu uğurlarda hökumətin apardığı siyasəti ciddi şəkildə dəstəkləyən Millətçi Hərəkat Partiyasının və onun lideri Dövlət Bağçalının fəaliyyətinin qeyd etməyə bilmərik. Bu günlərin yetişməsi üçün uzun illər mücadilə aparmış başbuğ Alparslan Türkeşin layiqli davamçısı Dövlət Bağçalının başçılıq etdiyi MHP hədəfə doğru addımlayan Türkiyənin iki ayağından biridir.

 

Elxan Zal Qaraxan
Xəyal Rza


Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədrləri

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı