Modern.az

2-5 ilə fiziki əməyin sonu gələcək - PROQNOZ

2-5 ilə fiziki əməyin sonu gələcək - PROQNOZ

Aktual

22 Avqust 2026, 23:33

"Robotlar 2-5 il ərzində fiziki əməyin demək olar ki, hamısını əvəz edə bilər. Artıq süni intellektin inkişaf tempi sürətlənib və robotlara yeni tapşırıqları insanlardan daha sürətli öyrətmək artıq mümkündür".

Modern.az xəbər verir ki, bunu Almaniyanın robototexnika şirkəti "Neura Robotics"in təsisçisi Devid Reger "Bloomberg Business" kanalına verdiyi müsahibədə deyib.

Onun proqnozuna görə, yaxın illərdə robotlaşdırma demək olar ki, istənilən fiziki işi əhatə edə bilər. İlk növbədə söhbət istehsalatdan və çoxlu sayda əl əməyinin, eləcə də təkrarlanan əməliyyatların olduğu digər sahələrdən gedir.

Bununla belə, Regerin açıqlamasının şirkət rəhbərinin proqnozu olduğu, əmək bazarının inkişafı ilə bağlı təsdiqlənmiş ssenari olmadığı vurğulanır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!