Modern.az

Narkotik cinayəti törədənlərin böyük hissəsi bu yaşdadır

Narkotik cinayəti törədənlərin böyük hissəsi bu yaşdadır

Aktual

22 Avqust 2026, 10:18

2026-cı ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin 42,2 faizini 25-29 yaşlı şəxslər təşkil edib.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, narkotiklərlə bağlı cinayət törətmiş şəxslərin 35,9 faizi 18-24, 18,6 faizi 14-17, 3,3 faizi isə 30 və yuxarı yaşda olan şəxslərdir.

Qeyd edək ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2011 inzibati xəta qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?