Modern.az

İsmayıllıda avtomobillər toqquşub, dörd nəfər xəsarət alıb

İsmayıllıda avtomobillər toqquşub, dörd nəfər xəsarət alıb

Hadisə

23 Avqust 2026, 22:20

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.

Belə ki, "Niva" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...