Modern.az

Ermənistanın birinci prezidenti Paşinyandan inciyib

Ermənistanın birinci prezidenti Paşinyandan inciyib

Aktual

15 Yanvar 2020, 11:16

Ermənistanın ilk prezidenti Levon Ter Petrosyan baş nazir Nikol Paşinyandan inciyib.

 

Modern.az Ermənistanın “İravunk” qəzetinə istinadən xəbər verir ki, buna səbəb Paşinyanın onu 75 illik yubileyi münasibətilə təbrik etməməsi olub.

 

“Birinci prezident öz əhatəsində, Paşinyanın hətta tualetə getməsi ilə bağlı şərh yazdığını amma ou təbrik etməyə vaxt tapmamasından gileylənib”-deyə “İravunk” yazır.

 

Ad günü yanvarın 9-na təsadüf edən Levon Ter Petrosyan baş nazirdən rəsmi təbrik almasa da prezident Armen Sarkisyan onu təbrik edib.  

Levon Ter Petrosyan 1945-ci il yanvarın 9-da Suriyanın Hələb şəhərində anadan olub.

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı