Modern.az

Azərbaycan yəhudiləri Trampın sülh planı barədə nə düşünür? - MÖVQE

Azərbaycan yəhudiləri Trampın sülh planı barədə nə düşünür? - MÖVQE

Aktual

30 Yanvar 2020, 14:30

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrail-Fələstin qarşıdurmasına son qoyacaq və “Əsrin razılaşması” adını alan sülh planını təqdim edib. O, mətbuatın qarşısına İsrail lideri Benyamin Netanyahu ilə birlikdə keçib. D. Tramp tərtib etdiyi razılaşmanın fələstinlilərə dövlət qurmaq üçün son şans hesab etdiyini bildirib.

 

Bəs Azərbaycan yəhudiləri “Əsrin razılaşması” barədə nə düşünür? Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev məsələ ilə bağlı  Modern.az-a danışıb.

 

O bildirib ki, belə məsələnin hüquqi qüvvəsi ola bilməz:

“Tramp ABŞ prezidentidir. O İsrailin nə prezidentidir, nə də Baş naziri. Bir şeyi başa düşmək lazımdır ki, İsrailin mənafeyinə zidd olan hər bir qərar harda qəbul olunmasından asılı olmayaraq onun hüquqi  qüvvəsi ola bilməz.  Ona görə də belə məsələlərə geniş şərh vermək istəmirəm”.

 

Yəhudi İcmasının sədri Trampa can sağlığı arzuladı:

“70 ildir ki, İsrail-Fələstin məsələsi həll olunmayıb. 30 ildir ki, Ermənistan-Azərbaycan münaqişəsi  həll edilməmiş qalıb. Bu cür siyasi məsələlər sehirli çubuqla həll olunası iş deyil. Trampın nə deyib-deməməsini biz müzakirə edə bilmərik. Bu cür məsələlər bizim ixtiyarımız xaricindədir. Trampdır da. Canı sağ olsun!”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı