Modern.az

Parlament seçkilərində beynəlxaq və yerli müşahidəçilərin sayı AÇIQLANDI

Parlament seçkilərində beynəlxaq və yerli müşahidəçilərin sayı AÇIQLANDI

Aktual

30 Yanvar 2020, 17:00

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 61813 yerli müşahidəçi qeydiyyatdan keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov məlumat verib. 

 

Komissiya sədri deyib ki, akkreditasiyadan keçənlərdən 57939 müşahidəçi dairə seçki komissiyalarında, 3874 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib.

 

Məzahir Pənahov həmçinin vurğulayıb ki, seçkilərdə iştirak üçün indiyə qədər 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib:

 

“Beynəlxalq müşahidəçilər 50-dən artıq ölkəni təmsil edir. Beynəlxalq müşahidəçilər həm sayına, həm də coğrafiyasına görə kifayət qədər əhatəlidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada