Modern.az

Seçkilərində "exit poll" keçirəcək təşkilatlar məlum oldu - SİYAHI

Seçkilərində

Aktual

30 Yanvar 2020, 17:56

Fevralın 9-da Milli Məclisə seçkilərdə 5 qurum “exit poll” keçirəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

M.Pənahov bildirib ki, artıq "exit-poll" keçirmək istəyən təşkilatların müraciətlərinə baxılması müddəti bitib və "exit-poll" keçirmək istəyən təşkilatların müraciətinə müsbət cavab verilib.

 

Qeyd edək ki, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada