“Fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri zamanı 5573 məntəqədə səsvermə həyata keçiriləcək”.
Modern.az xəbər verir ki, 125 seçki dairəsinin hər biri üzrə məntəqələrin siyahısı Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, Komissiyanın qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bildirişi çap olunub. Ölkə üzrə səsvermə fevralın 9-u səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-dək davam edəcək.