Modern.az

Rusiyada azərbaycanlı marşrut sürücüsünə 16 il həbs verildi

Rusiyada azərbaycanlı marşrut sürücüsünə 16 il həbs verildi

Aktual

6 Fevral 2020, 11:49

Rusiyanın Volqoqrad şəhərinin Qorodişenski rayon məhkəməsi Azərbaycan vətəndaşı ilə bağlı hökm çıxarıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, marşrut sürücüsü işləyən Xəyal Məmmədov 13 yaşlı qızı zorlamaqda təqsirli bilinib. Məhkəmənin hökmü ilə o 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

İstintaq materiallarına əsasən, Xəyal Məmmədov məktəbdən evə qayıdan qıza yaxınlaşaraq “QAZEL” markalı mini avtobusu ilə onu evə ötürməyi təklif edib. Qız buna razılaşandan sonra isə onu şəhər kənarına apararaq zorlayıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı