Modern.az

Türk İnvesitisiya Fondu yaradılır

Türk İnvesitisiya Fondu yaradılır

Aktual

6 Fevral 2020, 13:32

Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında təşkilata üzv olmayan və beynəlxalq təşkilatlarla münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev 

deyib.

 

O bildirib ki, gündəlikdə olan digər məsələ təşkilat tərəfindən türk dünyasının gücləndirilmsinə təkan verməkdir:

 

“Həmçinin iclasda təşkilatın beynəlxalq arenada tanıdılması məsələsi də müzakirə edilib. Bununla əlaqədar müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib”.

 

O qeyd edib ki, iclasda iqtisadi məsələlər də müzakirə edilib:

 

“Biz Türk İnvesitisiya Fondunun yaradılmasının üzərində işləyirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...