Modern.az

Türk nazirlər ATƏT-in bəyanatını müzakirə etmədilər - Ramiz Həsənov aydınlıq gətirdi

Türk nazirlər ATƏT-in bəyanatını müzakirə etmədilər - Ramiz Həsənov aydınlıq gətirdi

Aktual

6 Fevral 2020, 15:22

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında ATƏT-in xalqların sülhə hazırlanması ilə bağlı verdiyi bəyanat müzakirə olunmadı”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

 

Nazir müavini qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri bu məsələdə Azərbaycanın yanındadırlar:

 

“Bu məsələdə həm Elmar Məmmədyarov, həm də həmkarları həmişə bizim tərəfimizdə olub. Hər zaman Azərbaycanın mövqeyini dəstəklədiklərini bəyan ediblər”.

 

Qeyd edək ki, bu yaxınlarda ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqların sülhə hazırlanmasına dair bəyanat yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı