Modern.az

Goranboy və Gəncə sakinləri dəm qazından zəhərləndilər

Goranboy və Gəncə sakinləri dəm qazından zəhərləndilər

Aktual

8 Fevral 2020, 09:16

Gəncədə 2 qadın dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Əliyeva Gülnarə  Novruz qızı və Əliyeva Gülmira Noruz qızı  dəm qazından zəhərləniblər. Xəstəxanaya yerləşdirilən qadınlara lazimi tibbi yardım göstərilib.

 

Vəziyyətlərinin kafi olduğu bildilir.

 

Goranboy rayonunda da zəhərlənmə hadisəsi baş verib.

 

Hadisə Tapqaraqoyunlu kəndində qeydə alınıb. 

 

1960-cı il təvəllüdlü kənd sakini Faiq Əzizov dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı