Modern.az

İtkin düşən 3 nəfər tapıldı

İtkin düşən 3 nəfər tapıldı

Aktual

8 Fevral 2020, 09:37

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, onlardan 2 əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.

 

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı