Çində koronavirus epidemiyasından ölənlərin sayı 723-ə çatıb.
Modern.az xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyasının yaydığı məlumata görə, ölkədə son 24 saat ərzində 86 nəfər ölüb, 3 mindən çox insanda yeni yoluxma faktı aşkarlanıb.
Bildirilir ki, bu günə qədər qeydə alınan ölümlərin 699-u məhz virusun ilk aşkarlandığı Uhan şəhərində olub. Müşahidə altına alınan şəxslərin sayı isə 189 mini keçib. Virusun təsirinə məruz qalan 6 min 101 nəfərin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə isə virusa yoluxanların sayı 34 min 546 nəfərə yüksəlib. Eyni zamanda, virusa yoluxduğu ehtimal edilən insanların sayı 27 min 657 nəfərdir.