Modern.az

Bərdədə avtomobillər toqquşdu - ölən var

Bərdədə avtomobillər toqquşdu - ölən var

Aktual

8 Fevral 2020, 13:21

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.



Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata əsasən, fevralın 7-də saat 9 radələrində Bərdə rayonunun Alpoud kəndinin ərazisində rayon sakini R.Qasımovun və Mingəçevir şəhər sakini N.Fərəcovun idarə etdikləri “VAZ” markalı 2 avtomobil toqquşublar.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Qasımovun sərnişini, həmyerlisi Adilə Əzizova orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı