Modern.az

"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı

Aktual

21 Fevral 2020, 20:00

Türkiyənin "Fənərbağça" klubu fransalı futbolçu Adil Rami ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə yollarını ayıran İstanbul təmsilçisi artıq bununla bağlı Türkiyə Futbol Federasiyasını (TFF) məlumatlandırıb.

 

Qeyd edək ki, 2018-ci ildə Fransa millisinin heyətində Rusiyada keçirilən dünya çempionatında qızıl medal qazanan Rami "Fənərbağça"ya ötən yay keçmişdi. Təcrübəli futbolçu klubla 1+1 illik müqavilə imzalamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?