Modern.az

Qış vaxtı yaz havası - Sabah 18 dərəcə isti olacaq

Qış vaxtı yaz havası - Sabah 18 dərəcə isti olacaq

Aktual

22 Fevral 2020, 12:43

Fevralın 23-ə gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 4-7° isti, gündüz  8-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  8-10° isti olacaq. Atmosfer  təzyiqi  766 mm civə sütunu təşkil edəcək.    Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman, gecə və səhər şərq rayonlarında çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti  olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı