Modern.az

"Türkiyə haqlı mübarizəsindən heç bir zaman geri durmayacaq" - Ərdoğan

Aktual

1 Mart 2020, 00:06

"Türkiyə bu günü və gələcəyi baxımından tarixi və həyati bir mübarizə içərisindədir. Ölkəmizin və millətimizin maraqlarını ən azı 100 il əvvəlkindən daha böyük olacaq bir mübarizədən qorumaqla qələbəni yaşamaq üçün gecə-gündüz səylərimizi davam etdiririk".

Modern.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Türkiyə prezidenti qeyd edib ki, tarix boyu hər zaman işğallara və qəddarlığa məruz qalan bu coğrafiyada bir an mübarizədən çəkilmək daha böyük bədəl ödəməyə səbəb olur: "Bu böyük mübarizəyə davam edərkən  bir daha qanları ilə bu torpaqları bizə Vətənə çevirən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Təqiblərə qarşı hüquqlarımız uğrunda mübarizəmiz sona qədər davam edəcəkdir. Şəhidlər təpəsi boş deyil, boş qalmayacaq.

Türkiyə haqlı mübarizəsindən heç bir zaman geri durmayacaq. Şəhidin qanı yerdə qalmayacaq. Heç bir xəyanəti unutmayacaq. Millətimiz yanımızda olduğu müddətcə bütün çətinliklərin öhdəsindən gələcək və ölkəmizin sıxışdırdığını  düşünənlərə tarixi bir dərs verəcəyik".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı