Modern.az

Kürdəmirdə ağır qəza: yaralılar var 

Kürdəmirdə ağır qəza: yaralılar var 

Aktual

1 Mart 2020, 20:37

Kürdəmirdə xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az  "Report"a  istinadən  xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla, beş nəfər müxtəlif növ bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.

Fakt araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV