Modern.az

"Fənərbağça" baş məşqçi ilə yollarını ayırdı

Aktual

1 Mart 2020, 23:39

Türkiyənin "Fənərbağça" futbol komandası baş məşqçi Ersun Yanalla yollarını ayırıb.

Modern.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 57 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. İstanbul təmsilçisi baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən "Fənərbağça"da işləyib. O, 2013/2014 mövsümündə də bu komandaya rəhbərlik edib.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?