İspaniya La Liqasının 26-cı turunda "Barselona" səfərdə "Real Madrid"in qonağı olub.
Modern.az xəbər verir ki, matç meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 71-ci dəqiqədə V.Junior, 92-ci dəqiqədə M.Diaz "Barselona"nın qapısından keçirib.
Beləliklə, "Real Madrid" "El-Klassiko"da qalib gəlməklə turnir cədvəlində liderliyi (56 xal) ələ keçirib.
"Barselona" isə 55 xalla ikinci pilləyə düşüb.
T.İSMAYIL