Modern.az

Gənclərlə iş yeni - onlayn formatda

Gənclərlə iş yeni - onlayn formatda

Aktual

10 Aprel 2020, 14:46

Bu həftə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin 2 onlayn iclası keçirilib.

 

İclaslarda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2020-ci il üçün icrası müzakirə olunub.

 

Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova məlumat verib. Mətbuat katibi bildirib ki, iclas zamanı karantin dövründə nazirliyin və onun yerli qurumlarının respublika səviyyəsində fəaliyyətinin onlayn formatda təşkili, intellektual inkişaf, asudə vaxtın səmərəli qurulması vasitəsilə gənclərə yeni bilik və bacarıqların verilməsi, gənclər üçün rəqəmsal məhsulların , eyni zamanda, müvafiq sahələr üzrə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və digər məsələlər diqqət mərkəzində olub.

 

11 aprel 2020-ci il tarixdə isə “Dünya və gənclər yeni şəraitdə” onlayn Forumunun keçirilməsi qərara alınıb. Forumda müxtəlif gənclər qrupları ilə yanaşı, millət vəkillərinin və əlaqədar dövlət orqanlarının əməkdaşlarının da iştirakı planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV