Modern.az

Deputat 300 seçicisini onlayn dinlədi

Deputat 300 seçicisini onlayn dinlədi

Aktual

7 İyun 2020, 14:12

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva son 15 gündə Tovuz rayonundan olan 300-ə yaxın seçicisi ilə onlayn şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

 

Modern.az-ın məlumatına görə, eyni zamanda deputatın köməkçisi tərəfindən 350-dən çox müraciət dinlənilib.

 

Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

 

Müzakirələr zamanı Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.

 

Turan ASLAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?