Modern.az

Ölkəmizdə 4149 nəfər koronavirusdan sağaldı

Ölkəmizdə 4149 nəfər koronavirusdan sağaldı

Aktual

7 İyun 2020, 18:35

Hazırkı dövrədək Azərbaycanda 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, onlardan 4149 nəfər müalicə olunaraq sağalıb:

 

"88 nəfər vəfat edib, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

 

Həmçinin bildirilib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 339.876 test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər