Modern.az

Bu ölkədə daxili uçuşlar bərpa olunur

Bu ölkədə daxili uçuşlar bərpa olunur

Aktual

10 İyun 2020, 09:39

Tunisdə koronavirusla əlaqədar dayandırılan daxili uçuşlar iyunun 12-dən bərpa ediləcək.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nəqliyyat və Logistika Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

 

Məlumata əsasən, hava əlaqəsinin bərpa edilməsi mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə Tunis - Cerba (gündə iki dəfə) və Tunis - Tauzar (həftədə bir dəfə) reysləri həyata keçiriləcək.

 

Bildirilir ki, sərnişinlərin sanitar təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb.

 

Qeyd edək ki, Tunisdə yeni növ koronavirusa 1 087 yoluxma halı aşkarlanıb. Onlardan 982 nəfər sağalıb, 49 nəfəri isə vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı