Modern.az

Moskva Zelenskini Qələbə Paradına niyə çağırmayıb?

Moskva Zelenskini Qələbə Paradına niyə çağırmayıb?

Aktual

10 İyun 2020, 18:17

Ukrayna Prezidenti Vladimir Zelenskinin iyunun 24-də İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Moskvada keçiriləcək parada dəvət edilməməsinin səbəbi açıqlanıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qələbə Paradında iştirakla bağlı Ukrayna Prezidentinə dəvətnamə göndərilməyib.

O qeyd edib ki, Kiyev Qələbə gününün sevincini bölüşmək istəyini bildirməyib. Peskov onu da vurğulayıb ki, Ukrayna de-fakto və de-yure MDB-nin üzvü deyil.

Xatırladaq ki, bu il Rusiyada mayın 9-da keçirilməsi nəzərdə tutulmuş hərbi parad koronavirusla bağlı vəziyyətə görə təxirə salınıb. Lakin Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi paradların keçirilməsi və atəşfəşanlıq haqqında sərəncam imzalayıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı