Modern.az

Xırdalanda mənzildə qadın meyiti aşkarlandı

Xırdalanda mənzildə qadın meyiti aşkarlandı

Aktual

10 İyun 2020, 23:46

Abşeron rayonunda mənzildə qadın meyiti aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Ədilova Gülçöhrə Vurğun qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi