Şair Rəvan Cavidin şeirlər kitabı işıq üzü görüb.
Modern.az xəbər verir ki, “Alatoran” nəşriyyatında çap olunan kitab “Mavi boyalı ev” adlanır.
Kitabda müxtəlif mövzulu, eksperimental şeirlər toplanıb. 72 səhifəlik “Mavi boyalı ev”in redaktoru şair Fərid Hüseyndir.
"Mavi boyalı ev"də həmçinin müəllifin ilk kitabından seçmə şeirlər də yer alıb.
Kitab artıq satışdadır.