Modern.az

Azərbaycan poeziyası Venesuela mətbuatında

Azərbaycan poeziyası Venesuela mətbuatında

Aktual

13 İyun 2020, 10:58

Venesuelanın nüfuzlu “Papel Literario” qəzeti Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb. 

 

Modern.az xəbər verir ki, Əli Kərim, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Musa Yaqub  kimi tanınmış Azərbaycan şairlərinin ispan dilinə tərcümə edilmiş şeirləri qəzetin “Dünya ədəbiyyatı” səhifəsində işıqlandırılıb. Buraxılışın elektron versiyası sosial şəbəkələr və elektron poçt vasitəsilə Kolumbiya, Peru, Uruqvay kimi ispandilli ölkələrdə geniş yayınlanıb.

 

Keçid linki:

//www.elnacional.com/papel-literario/cinco-poetas-de-azerbaiyan/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?