Modern.az

Messi “Malyorka”-“Barselona” oyununa hazırdır - Setien

Messi “Malyorka”-“Barselona” oyununa hazırdır - Setien

Aktual

13 İyun 2020, 11:35

Bu gecə Bakı vaxtilə saat 00:00-da İspaniya La Liqasında "Barselona" səfərdə "Malyorka"nın qonağı olacaq.

 

Modern.az xəbər verir ki, oyun öncəsi katalonların baş məşqçisi Kike Setien mətbuat konfransında bildirib ki, pandemiya səbəbindən uzun fasilədən sonra keçiriləcək ilk oyunda komandasına güvənir:

 

"Uzun müddət burada deyildik. Çətin günlər yaşayan insanlara buradan dəstək mesajlarımı göndərirəm. Həqiqət bundadır ki, biz məşqçilər üçün ilk oyunun necə olacağı haqda şübhələr var. Komandaya gəldikdə isə hamını motivasiyalı görürəm. Komanda özünə güvənir və sabah irəliyə ciddi addım atmaq üçün əlimizdən gələni edəcəyik".

 

K.Setien Luis Suarezin start heyətdə olacağının mümkünlüyünü bildirib:

 

"Əlbəttə, mümkündür. Ola bilsin ki, bütün oyun üçün yararlı olmaya bilər, biz də riskə getməməliyik, amma Suarez ya start heyətdə olacaq, ya da oyuna sonradan daxil olacaq. O, özünü yaxşı hiss edir, amma aydın məsələdir ki, 5 aydan sonra ona öz oyununu tutmaq üçün bir neçə oyun lazım olacaq".

 

Baş məşqçi komandanın kapitanı Lionel Messinin oyuna 100 faiz hazır olduğunu deyib:

 

"Yüngül ağrılardan sonra Messi artıq komandaya qoşulub və digər oyunçular kimi oynamağa istəklidir. Onun istirahət etməsi də mümkündür, amma dəqiq deyil. Əsas olan odur ki, Messi qayğısına qalan oyunçudur və nə zaman risk etməməyi bilir. Belə bir şeyə ehtiyac olsa, özü deyəcək. Oyunçulara bu mənada güvənirəm. Risk almamaq önəmlidir, çünki bu gün diqqətli olmasaq, sabah eyni zədəyə görə daha çox oyun buraxa bilərik".

  

Setien komandanın müdafiəçisi Nelson Semedonun oynayıb-oynamayacağı haqda hələlik qərar vermədiyini diqqətə çatdırıb:

 

"Amma istənilən halda verəcəyim qərar xırda şeylərdən asılı olmayacaq. Belə məsələlərdə mənim üstünlük verdiyim işin futbol tərəfidir. Etdiyi səhvə gəldikdə isə o, xəbərsiz olub. Buna görə çox narahatdır. Semedo ilə danışdım. O, üzr istədi və peşman olduğunu dedi".

 

Qeyd edək ki, Nelson Semedo karantin qaydalarını pozduğuna görə məşqlərə buraxılmamışdı.

 

T.İSMAYIL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!