Modern.az

“Teymur əmi”nin dəfnində iştirak edən 7 nəfər cərimələndi

“Teymur əmi”nin dəfnində iştirak edən 7 nəfər cərimələndi

Aktual

13 İyun 2020, 17:38

Xalq artisti Teymur Mustafayevin dəfn mərasimində iştirak edərkən xüsusi karantin rejiminin qaydalarını pozan 7 nəfər cərimələnib.

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, dəfn vaxtı orada təqribən 30 nəfər şəxs olub:

 

“Onların əksəriyyəti mərhumun yaxın qohumları və doğmaları olub. Həmin şəxslərdən 7 nəfərinin karantin qaydalarını pozduqları müəyyən edilib və barələrində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar” (apa).

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?