Modern.az

İsmayıllıda yük maşını belə yandı - VİDEO

İsmayıllıda yük maşını belə yandı - VİDEO

Aktual

13 İyun 2020, 20:04

Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonunda yük avtomobilinin yanması faktı ilə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Bizlan kəndində qeydə alınıb. "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 1,8 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Qədirov Ramiq Rahib oğluna məxsus 55-BT-589 dövlət nömrə nişanlı, "QAZ-66" markalı avtomobil Bizlan kəndi ərazisində hərəkətdə olarkən qəfildən alışıb. Alov qısa vaxtda avtomobilin salon hissəsinə keçib.

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!