Türkiyədə son sutka ərzində daha 14 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 792 nəfərə çatıb:
"Bu gün ölkədə 45 092 şübhəli koronavirus testindən keçib. Koronavirus testindən keçənlərdən 1095-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 176 677 nəfərə çatıb. Müalicə olunan 985 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 150 087 nəfər koronavirusdan müalicə olunub".