Modern.az

Neftçalada qəza: xəsarət alan var

Neftçalada qəza: xəsarət alan var

Aktual

13 İyun 2020, 22:55

Neftçalada yol qəzası olub.

Modern.az  xəbər verir ki, hadisə şəhərin Ağaşirin Cəfərov küçəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü, rayonun Bankə qəsəbə sakini, 1958-ci il təvəllüdlü Bayramov Nizami Firudin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?