Modern.az

“Əgər karantinin bitməsini istəyiriksə...” - Nazirlik rəsmisindən ÇAĞIRIŞ

“Əgər karantinin bitməsini istəyiriksə...” - Nazirlik rəsmisindən ÇAĞIRIŞ

Aktual

20 İyul 2020, 12:40

Artıq bir neçə gündür koronavirusa yoluxmada müsbət dinamika davam edir. Sağalanların sayı yoluxanları üstələyir. Amma bu, virusun bitdiyi anlamına gəlmir.

Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

 

N.Seyidov deyib ki, yoluxma sayı azalanda sərt karantin rejimində yumşalmaya gediləcək.

Yumşalmaya nə zaman gediləcəyinə gəlincə, nazirlik rəsmisi deyib ki, sanitar-epidemioloji şərait buna imkan verəndə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan ediləcək.

 

Şöbə müdiri qeyd edib ki, istənilən halda bütün ictimai iaşə obyektləri, ticarət mərkəzləri, “Mall”lar, çimərliklər yumşalmaya hazır olmalıdır:


“Yumşalma virusun tamamilə aradan qalxması anlamına gəlmir. Yumşalma zamanı sanitar-gigiyenik qaydalara əməl olunmazsa, yoluxma sayı yenidən arta bilər. O zaman karantin rejiminin sərtləşdirilməsi qaçılmaz olacaq. Əgər karantinin bitməsini istəyiriksə, hamımız həmrəy şəkildə, qaydalara riayət edərək buna getməliyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV