Modern.az

Prezidentin köməkçisi: “Mənim də ailəm rayonlara getmək istəyir”

Prezidentin köməkçisi: “Mənim də ailəm rayonlara getmək istəyir”

Aktual

20 İyul 2020, 17:48

Rayonlara gediş-gəlişin açılışı hələki mümkün deyil. Lakin karantin qaydalarının yumşalma şərtləri çərçivəsində ilk baxılacaq məqam Bakıdan regionlara gediş-gəlişin bərpası olacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminisrtasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, bu, yoluxma sayının artımına səbəb ola bilər:

 

“Mən hər kəsi başa düşürəm. Lakin bir qədər də səbrli olmaq lazımdır. Yoluxma sayında stabilləşmə var. Sağalanların sayında artım var. Mənim də ailəm regionlara getmək istəyir, amma təəssüf ki, hələlik bu məsələdə səbrli olmaq lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV