Modern.az

Avqustun 5-nə qədər çimərliklərin açılması mümküm deyil - RƏSMİ

Avqustun 5-nə qədər çimərliklərin açılması mümküm deyil - RƏSMİ

Aktual

20 İyul 2020, 17:49

Çimərliklərin açılması bu günə qədər görülən işlərin nəticələrinə mənfi təsir edə bilər. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminisrtasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, çimərliklərin açılması risklidir:

“Burada 3 məqam var. İnsanların çimərlikdə sosial məsafə saxlaması mümkün olmayacaq. Eyni çimərlikdə yalnız o ərazidən deyil, bütün respublikadan gələn vətəndaşlar olur ki, bu da yoluxma riski deməkdir. Digər səbəb isə orada satılan və istifadə edilən qida vasitələri, əşyalarla bağlı yaşana biləcək səhlənkarlıqlar ola bilər”.

Ş.Mövsümovun sözlərinə görə, avqustun 5-nə qədər çimərliklərin açılması mümküm deyil:

“Avqustun 5-nə qədər çimərliklərin açılması hələ müzakirə edilmir. Lakin bu məsələnin müəyyən şərtlər daxilində açılmasına baxıla bilər”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV