Modern.az

Payızda koronavirusun güclənəcəyi xəbəri ilə bağlı açıqlama

Payızda koronavirusun güclənəcəyi xəbəri ilə bağlı açıqlama

Aktual

20 İyul 2020, 18:05

Ölkədə payız və qış ayları üçün epidemiya vəziyyətinə nə qədər hazırlıqlı olmağımız bu gün qaydalara əməl edilməsindən və əldə edilən nəticələrdən asılıdır.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın brifinqində bildirib.

 

Onun sözlərinə görə, karantin qaydalarına riayət edilməsi bu hazırlıq prosesinə təsir edir:

 

“Həm dövlət , həm də vətəndaşların üzərinə məsuliyyət düşür. Dövlət tərəfindən epidemiyanın nəzarətdə saxlanılması istiqamətində atılan addımlar öz nəticəıərini verir. Vətəndaşlar karantin qaydalarına riayət edərsə iş yerləri də yumşaldılma şəraitində açıla bilər. Yox əgər dezinfekaiya və karantin qaydalarına düzgün əməl olunmazsa bu da öz növbəsində mənfi nəticələrə gətirib çıxara bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV