“İcazə saatlarını bölməyə imkanımız yoxdur”. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
Ş.Mövsümov qeyd edib ki, bunu bölsək mümkün qədər çox insan küçəyə çıxmış olacaq:
"Ona görə 3 saatın bölünməsi düzgün deyil. Çalışın işləri elə planlaşdırın ki, 3 saat müddətində onları görmək mümkün olsun".