"Mən brifinqə gəlməzdən əvvəl bir neçə aptekə baş çəkdim. Orada vitaminlərin və hərarət salan dərmanların olub-olmamasını yoxladım".
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov brifinqdə deyib.
O qeyd edib ki, dərmanların olmaması halıyla rastlaşmayıb:
"Ola bilər ki,hansısa aptekdə depodan çatdırılmayla bağlı problem olsun. Ancaq ümumən dərman qıtlığı yoxdur".