Modern.az

Bağlanan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirirlər

Bağlanan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirirlər

Aktual

21 İyul 2020, 10:44

Bağlanan 4 bankın əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirirlər.

Modern.az-ın məlumatına görə, insanlar banklardakı  əmanətlərinin geri qaytarılmasını tələb edirlər.

Şikayətçilərdən biri qeyd edib ki, bağlanan müqavilədə əmanəti sığortalı olsa da, 3 aydır pulu ala bilmir:

“Pandemiya şəraitində iş yerləri bağlanıb, işləmirik, pulumuz yoxdur, bizim pulumuzu qaytarsınlar”.

 

Vətəndaşlar Mərkəzi Bank rəsmilərindən əmanətçilərin qarşısına çıxıb insanların suallarını cavablandırılmasını tələb edirlər. Daha sonra Mərkəzi Bank nümayəndəsi sədr Elman Rüstəmovun müavini Aftandil Babayevin vətəndaşları qəbul üçün gözlədiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?