Modern.az

“Bakı Metropoliteni”ndə iki yeni TƏYİNAT

“Bakı Metropoliteni”ndə iki yeni TƏYİNAT

Aktual

21 İyul 2020, 11:06

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi Elxan Məmmədov tutduğu vəzifədən azad edilərək, qurumun Hərəkət Xidmətinin rəisi təyin olunub:

“Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi vəzifəsinə isə Ruslan Seyidov təyin olunub”.

Xatırladaq ki, ötən ay "Bakı Metropoliteni"nin Hərəkət Xidmətinin rəisi Etibar İsayev ürəktutmasından dünyasını dəyişib.

 

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...