Son bir neçə gün ərzində paytaxt Bakıda temperatur göstəriciləri 40-41 dərəcə müşahidə edilib. Pandemiyadan əvvəlki illərin yayında adətən həftə ərzində 20-yə yaxın insan günvurma diaqnozu ilə təcili tibbi yardıma müraciət edirdi. Bəs karantin dövründə vəziyyət necədir?
Məsələ bağlı Modern.az-ın sualını cavablandıran Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev ümumiyyətlə bu mövsümdə günvurma ilə bağlı müraciətin olmadığını deyib.
Baş həkim bunu sərtləşdirilmiş karantinlə əlaqələndirib:
“Karantindi, camaat evindədir, kimi çölə buraxırlar ki, günvurma da olsun...”.
R.Nağıyev həmçinin, bir müddət əvvəl işdən çıxarılması ilə bağlı məlumatlara da aydınlıq gətirib:
“Bunların hamısı şayiə idi. Mən nə işdən çıxarılmışdım, nə də yenidən bərpa olunmuşdum”.