Modern.az

Nazirlik: “İyul ayı üçün bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib”

Nazirlik: “İyul ayı üçün bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib”

Aktual

22 İyul 2020, 19:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, qeyd edilən sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb:

"Bundan əvvəl iyulun 15-dək isə bu ayın bütün pensiyaları, o cümlədən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyaları ödənilib.

 

Pensiya vəsaitləri kimi, müavinət, təqaüd və kompensasiyalarını da vətəndaşlar istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur".

Yaxın günlərdə isə iyul ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacağı bildirilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV