Baş Nazirin son qərarı ilə 30 mayda 2019-2020-ci tədris ili başa çatmışdı. 2020-2021-ci tədris ilində dərslərin başlanması, hansı formada təşkili ilə bağlı xüsusi qərar yoxdur. Deməli, qüvvədə olan qanunvericiliyə görə, 2020-ci ilin 15 senytabrında ənənvi formada tədris ili başlayacaq.
Modern.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
K.Əsədov qeyd edib ki, bunun əksini ifadə edəcək qanun – qərar hələ ki yoxdur, verilməyib:
“Amma mövcud pandemiyanın tədris ilinin başlamasına və tədrisin həyata keçirilmə formasına təsiri danılmaz və qaçılmazdır”.
Ekspert tədris tədrisin bərpası ilə bağlı bəzi təkliflər irəli sürüb:
“Tədris ilinin başlanma vaxtı: Yeni tədris ili 1 sentyabrda başlaya bilər. Senytabr ayı yalnız əvvəlki ildə keçirilməli olan mövzulara həsr oluna bilər. Nəzərə alsaq ki, dərsliklər şagirdlərdə qalıb, bu mümkündür.
Tədrisin təşkil olunma formaları:
D) Dəslərin başlama saatları 3 növbəli, tamamilə fərqli olmalıdır. Belə ki, I-IV siniflər üçün dərslər saat 8-00-dan 11-00-a qədər, V-IX siniflər üçün 12-00-dan 15-00-a qədər, X-XI siniflər üçün 16-00-dan 19-00-a qədər. Əlbətdə ki, şagird sayı az olan məktəblərdə bu dəyişə bilər”.
K.Əsədov həmçinin deyib ki, növbələr arası məktəb tam şəkildə dezinfeksiya olunmalı, lazımi qabaqlayıcı tədbirlər görülməlidir.