Modern.az

Azərbaycana gələn həkimlərə ASAN xidmət səyyar xidmət göstərdi

Azərbaycana gələn həkimlərə ASAN xidmət səyyar xidmət göstərdi

Aktual

27 İyul 2020, 09:57

Türkiyə Respublikasından ölkəmizə koronavirus (COVID -19) infeksiyasının qarşısının alınması məqsədi ilə gələn rezident və həkim mütəxəssislər üçün Səyyar ASAN xidmət həyata keçirilib.

 

“ASAN xidmət”dən Modern.az-a verilən məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni klinika”nın müraciəti əsasında 3 rezident həkimə səyyar formada şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti göstərilib:

 

“1, 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində isə 18 rezident və 10 həkim mütəxəssis üçün İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Asan imza sertifikatlarının və VÖEN-nin alınması xidmətləri həyata keçirilib.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV