Modern.az

Jurnalistin oğlu: Atamın vəziyyəti ağır olaraq qalır

Jurnalistin oğlu: “Atamın vəziyyəti ağır olaraq qalır”

Aktual

27 İyul 2020, 22:00

İctimai Televiziyanın İnformasiya Departamentinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır-stabil olaraq qalır.

 

Modern.az-ın məlumatına görə, bu barədə jurnalistin oğlu Kənan Əmrahoğlu məlumat verib. O, atası ilə maraqlanan, dua edən bütün dostlarına minnətdarlığını bildirib:

 

"Məlumat üçün bildirim ki, atamın müalicəsi hazırda "Yeni Klinika"da davam etdirilir. Vəziyyəti ağır-stabil olaraq qalır".

 

Xatırladaq ki, bir neçə gün əvvəl vəziyyəti ağırlaşan jurnalist “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilərək, süni tənəffüs aparatına qoşulub.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...