Modern.az

Koronavirusla Mübarizə Fonduna yığılan ianə 114 milyon manatı üstələdi

Koronavirusla Mübarizə Fonduna yığılan ianə 114 milyon manatı üstələdi

Aktual

29 İyul 2020, 15:54

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.


Modern.az
-ın məlumatına görə, bu günə kimi 3375 hüquqi, 12208 fiziki şəxs tərəfindən Fonda 114 milyon 160 min 982 manat vəsait köçürülüb.


Nazirlər Kabienti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələlik vəsaitdən hər hansı məqsəd üçün istifadə edilməyib.

 

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV