Cari ildə azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişlənib, o cümlədən azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 1 750 şəxsə elektron qolbaq tətbiq edilib.
Modern.az bildirir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.